Qaydalar

Elanlar yalnız Naxçıvan Muxtar Respublikasındakı daşınmaz əmlakın satışı və kirayəsi üçündür.

Elanda göstərilən məlumatın (qiymət, sahə, ünvan, sənəd) düzgünlüyünə görə elan sahibi məsuliyyət daşıyır.

Eyni əmlak üçün təkrar elan qadağandır. Satılmış və ya kirayəyə verilmiş əmlakın elanını "Satılıb" kimi qeyd edin və ya silin.

Şəkillər həmin əmlaka aid olmalıdır. Şəkillərdə başqa saytların loqosu, telefon nömrəsi və ya yazılar olmamalıdır.

Qiymət real olmalıdır; "1 AZN", "razılaşma yolu ilə" kimi saxta qiymətlər qəbul olunmur.

Əmlakçılar "Vasitəçi (əmlakçı)" seçməlidir.

Moderator qaydalara uyğun olmayan elanı səbəb göstərərək geri qaytarır. Elanı düzəldib yenidən göndərmək olar.